logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Mahinda Racapaksadan

Text size icon-size icon-size

31 may 2011, 15:00

Zati-aliləri,

Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə, Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə öz adımdan, Şri-Lanka Hökuməti və xalqı adından səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə davamlı tərəqqi və rifah diləyirəm. 

Mahinda Racapaksa
Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi