Tunis Respublikasının Prezidenti vəzifəsini müvəqqəti icra edən Fuad Əl-Mebazaadan
Text size


31 may 2011, 15:30
Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi keçirirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək Zati-alinizə bildirirəm ki, yeni Tunis qardaş Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək əzmindədir.
Fuad Əl-Mebazaa
Tunis Respublikasının Prezidenti vəzifəsini müvəqqəti icra edən