Monqolustan Respublikasının Prezidenti Saxiaqiyn Elbeqdorjdan
Text size
31 may 2011, 15:15
Zati-aliləri cənab Prezident,
Monqol xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını Milli bayram – Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Qəti əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra da monqol və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Saxiaqiyn Elbeqdorj
Monqolustanın Prezidenti