logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Banqladeş Xalq Respublikasının Prezidenti Zillur Rəhmandan

Text size icon-size icon-size

31 may 2011, 14:15

Zati-aliləri,

Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan olduqca məmnunam.

Səmimiyyətlə ümid edirəm ki, qardaş ölkələrimiz arasında mövcud əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və şəxsi rifah arzulayıram.

Zillur Rəhman
Banqladeş Xalq Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi