Afaq Həsənovadan, Masallı, Azərbaycan
24 aprel 2017, 18:40
Hörmətli cənab Prezident,
Təhsilə verdiyiniz önəm və bu sahənin inkişafı ilə bağlı gördüyünüz işlər bizdə böyük sevinc hissi oyadır. Ulu öndər Heydər Əliyev demişdi: “Təhsil millətin gələcəyidir”. İndi ölkəmizin demək olar ki, hər bir kənd və qəsəbələrində yeni məktəb binaları tikilib istifadəyə verilir. Bizim yaşadığımız Masallı rayonun Bədəlan kəndindəki tam orta məktəb binası da əsaslı təmir olunaraq öz qapılarını yenidən şagirdlərimizin üzünə açdı.
Cənab Prezident, övladlarımızın daha yaxşı təhsil almaları üçün yaratdığınız şəraitə görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Həsənova Afaq Nizami qızı, müəllim.
Azərbaycan Respublikası, Masallı rayonu.