logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Neboyşa Radmanoviçdən

Text size icon-size icon-size

31 may 2011, 14:00

Zati-aliləri,

Azərbaycan Respublikasının Milli bayramı 28 May - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə davamlı rifah arzulayıram.

Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin xalqlarımızın rifahı və firavanlığı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi və inamımı bildirirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Neboyşa Radmanoviç

Bosniya və Herseqovinanın Rəyasət
Heyətinin Sədri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi