logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən Marian Lupudan

Text size icon-size icon-size

28 may 2011, 15:00

Zati-aliləri,

Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Fərəhlə qeyd edirəm ki, bu gün Azərbaycan ölkənin demokratik dəyişikliklərində, siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsində və beynəlxalq aləmdə öz rolunun möhkəmlənməsində sanballı uğurlar qazanmış, dinamik inkişaf edən dövlətdir.

Qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

Marian Lupu

Moldova Respublikası Prezidentinin
vəzifəsini icra edən

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi