Emin Carçıyevdən, Xırdalan, Azərbaycan
Text size
11 aprel 2017, 19:00
Hörmətli cənab Prezident, Ali Baş Komandan,
Siz ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın, gəncliyimizin dayağı, güvən yerisiniz. Buna görə də Azərbaycan xalqı, Azərbaycan gəncliyi daim Sizinlədir. Hər zaman Sizin yanınızda və əmrinizdəyik!
Möhkəm birliyimizi, xalqımızın, dövlətimizin gücünü heç bir qüvvə sarsıda bilməz.
Cənab Prezident, öz adımdan və ailəmin hər bir üzvü adından Sizə cansağlığı arzu edirəm. Allah Sizi qorusun!
Hörmətlə,
Carçıyev Emin Mehman oğlu
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.