logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Text size icon-size icon-size

28 may 2011, 14:00

Hörmətli İlham Heydər oğlu,

Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası suverenlik illərində əsl müstəqillik əldə etmiş, iqtisadi və sosial inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmlətmişdir.

Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dinamizmini qoruyub saxlayacaq, daha da möhkəmlənəcək, fəal və səmərəli olacaqdır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, xoş güzəran və firavanlıq diləyirəm.

Hörmətlə,

Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi