logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Mərakeşin Kralı VI Məhəmməddən

Text size icon-size icon-size

28 may 2011, 15:30

Zati-aliləri, əziz qardaşım,

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Azərbaycan Respublikası Milli bayramı – Respublika Gününü qeyd etdiyi bir vaxtda Zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə daha yüksək tərəqqi və rifah diləməkdən olduqca məmnunam.

Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, xalqlarımızı birləşdirən qardaş İslam əlaqələrini yüksək dəyərləndirir, ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyi alqışlayıram. Əlaqələrimizin genişləndirilməsi, xalqlarımızın və müsəlman ümmətinin arzularının gerçəkləşməsi məqsədi ilə Zati-alinizlə birgə işimizin davam etdirilməsini səmimi qəlbdən arzulayıram.

Səmimiyyətlə Sizin,

VI Məhəmməd
Mərakeşin Kralı

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi