logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevdən

Text size icon-size icon-size

27 may 2011, 17:40

Hörmətli İlham Heydər oğlu,

Sizi Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Qazaxıstan ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin iki ölkənin inam və qarşılıqlı anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.

Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, işlərinizdə uğur, bütün təşəbbüslərinizdə müvəffəqiyyət, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Hörmətlə,

Nursultan Nazarbayev
Qazaxıstan Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi