logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamadan

Text size icon-size icon-size

27 may 2011, 17:30

Hörmətli cənab Prezident,

Respublika Günü və müstəqilliyinizin iyirminci ildönümü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.

Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir.

Milli bayramınız və bu tarixi ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqda Amerika xalqı da mənə qoşulur.

Səmimiyyətlə,

Barak Obama
Amerika Birləşmiş Ştatlarının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi