İlham Əliyevin “Total” şirkətinin prezidenti ilə görüşü olub
Text size
13 mart 2017, 18:55
Prezident İlham Əliyevin Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.
Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını dedi, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğuladı.
Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.