logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev “Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb

Text size icon-size icon-size

13 mart 2017, 14:00

Prezident İlham Əliyev Parisdə “Thales lnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Thales lnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi. “Azərbaycan Hava Yolları” QSC və Bakı Metropoliteni ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırıldı.

Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi