İlham Əliyevin Parisdə “SUEZ” qrupun baş direktorunun müavini ilə görüşü olub
Text size
13 mart 2017, 11:15
Prezident İlham Əliyevin Parisdə “SUEZ” qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə “SUEZ” qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.