Meksika Birləşmiş Ştatlarının Prezidenti Felipe Kalderon İnoxosadan
Text size
27 may 2011, 15:45
Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı – Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasındakı mövcud ikitərəfli əlaqələri zənginləşdirən dialoqu və anlaşmanı gələcəkdə də davam etdirəcəyimizə əminəm.
Fürsətdən istifadə edərək, Sizə ən dərin hörmətimi və ən yüksək ehtiramımı bildirirəm.
Felipe Kalderon İnoxosa
Meksika Birləşmiş Ştatlarının Prezidenti