Şəfa Şabanovadan, Lerik, Azərbaycan
Text size
04 mart 2017, 14:20
Əziz və sevimli Prezidentimiz,
Ötən ilin sonlarında atamın işlə təmin edilməsi ilə bağlı Sizə məktub yazmışdım. Bu müraciətimdən sonra atam işlə təmin olundu. Buna görə Sizə təşəkkürümü bildirirəm.
İndi atamın maaşı ilə lazım olanları ala bilirik. Söz verirəm ki, mən də qardaşımla birlikdə yaxşı oxuyub gələcəkdə atamıza kömək edəcəyik.
Əziz Prezidentimiz, Sizin və Mehriban xanımın uşaqlara olan sevgisini həmişə televizordan görürdüm. İndi isə bunun əyani şahidi oldum. Sizə və Mehriban xanıma salamlarımı və sevgilərimi çatdırıram.
Hörmətlə,
Şabanova Şəfa Saleh qızı,
4-cü sinif şagirdi.
Azərbaycan Respublikası, Lerik rayonu, Hücü kəndi.