Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusdan
Text size
27 may 2011, 15:20
Zati-aliləri,
Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm.
Sizə ən yüksək ehtiramımı bildirirəm.
Raul Kastro Rus
Kuba Respublikası Dövlət Şurasının və
Nazirlər Şurasının Sədri