logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflikadan

Text size icon-size icon-size

27 may 2011, 15:30

Möhtərəm Prezident,

Azərbaycan Respublikasının Milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi naminə Sizinlə birlikdə fəaliyyət göstərmək əzmində olduğumu bildirirəm. Əminəm ki, bundan xalqlarımız daha çox faydalanacaqdır.

Möhtərəm Prezident, səmimi təbriklərimi qəbul etməyinizi rica edirəm.

Əbdüləziz Buteflika
Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi