logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev “Qatar Petroleum”un icraçı direktoru ilə görüşüb

Text size icon-size icon-size

26 fevral 2017, 21:10

Qətər Dövlətində rəsmi səfərdə olan Prezidenti İlham Əliyev Dohada “Qatar Petroleum”un prezidenti və icraçı direktoru Saad Şerida al-Kaabi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə “Qatar Petroleum” arasında əməkdaşlıq imkanları müzakirə edildi, bir sıra layihələrdə birgə iştirakın mümkünlüyü vurğulandı. “Qatar Petroleum”un gələcəkdə Xəzər dənizində və ya SOCAR-ın digər ölkələrdə həyata keçirdiyi layihələrdə Azərbaycan ilə birgə iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi