Çingiz Həsənov və Capar Kazımovdan, Bakı, Azərbaycan
Text size
25 fevral 2017, 13:40
Hörmətli cənab Prezident,
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar Sərəncam verdiyinizə görə ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
İnsanlar öz doğma yurdlarına dönür və neçə illik həsrətə son qoyulur. Bu, tarixi hadisədir. Ulu Tanrı bu sevinci bütün məcburi köçkünlərə qismət eləsin.
Cənab Prezident, Sizin uğurlu siyasətinizi dəstəkləyir və hər zaman Sizinlə olduğumuzu bildiririk.
Hörmətlə,
Həsənov Çingiz
Kazımov Capar, Cəbrayıl rayonundan olan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.