Dadaş Abdullayev və başqalarından, Ağdam, Azərbaycan
23 fevral 2017, 12:00
Hörmətli cənab Prezident,
Biz Ağdam sakinləri Sizin məcburi köçkünlərə göstərdiyiniz diqqət və qayğınızı həmişə yüksək qiymətləndirmişik. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müavinətlərin müəyyən edilməsi barədə məlum Fərmanınız tərəfimizdən böyük ruh yüksəkliyi ilə qarşılandı.
Etiraf edək ki, əvvəllər enerjiyə, qaza o qədər də qənaət etmirdik. Bu da dövlət büdcəsinə ziyan vururdu. Artıq belə deyil. Hər kəs öz büdcəsinə qənaətlə yanaşır.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin erməni qəsbkarlarının işğalından azad edilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün orada tikinti-quruculuq işlərinin aparılması barədə Sərəncamınız da biz ağdamlıları çox sevindirdi. Artıq xalq inanır ki, tezliklə belə sərəncamlardan biri Ağdam rayonu üçün veriləcəkdir. Biz bu günü səbirsizliklə gözləyirik və inanırıq ki, o gün uzaqda deyil.
Hörmətli cənab Prezident, Sizin daxili və xarici siyasətinizi bəyənir, dəstəkləyir və ətrafınızda sıx birləşmişik. İlk növbədə, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq. Bütün məcburi köçkünlərə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Abdullayev Dadaş Camal oğlu
Hüseynov Söhbət Allahverdi oğlu
Quliyev İlqar Hətəm oğlu
Şıxıyev Asif Şöhlət oğlu və başqaları.
Azərbaycan Respublikası, Ağdam rayonu.