logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyə Respublikasının Prezidenti Abdullah Güldən

Text size icon-size icon-size

26 may 2011, 18:10

Hörmətli Prezident, əziz qardaşım,

Dost və qardaş Azərbaycanın Milli bayramı – Respublika Günü münasibətilə zati-alilərinizi, əziz qardaşımı türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Azərbaycanın müstəqilliyini qazandığı gündən bəri keçdiyi yol təqdirəlayiqdir. Azərbaycanın müvəffəqiyyətlərini öz uğurlarımız hesab edirik.

Gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan qədim və köklü əlaqələrimiz gələcəkdə də birgə səylərimizlə atılacaq konkret addımlarla daha da inkişaf edəcəkdir.

Bu istiqamətdə atacağımız addımlar ikitərəfli əlaqələrimizi inkişaf etdirməklə yanaşı, Qafqazda sülh, firavanlıq və əmin-amanlığın bərqərar olmasına öz töhfəsini verəcək, bu bölgəni beynəlxalq cazibə mərkəzinə çevirəcəkdir.

Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının əmin-amanlığı və firavanlığı üçün ən səmimi diləklərimi çatdırıram.

Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi