logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Almaniya Federativ Respublikasının Prezidenti Kristian Vulffdan

Text size icon-size icon-size

26 may 2011, 18:50

Cənab Prezident,

Azərbaycan Respublikasının Milli bayramı 28 May – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına öz adımdan, eyni zamanda, xalqımın adından səmimi təbriklərimi çatdırıram.

Almaniya gələcəkdə də Sizin ölkənizlə dostluq əlaqələrinin gücləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi üçün səy göstərəcəkdir.

Biz iqtisadi, ilk növbədə, enerji sahəsində maraqlarımızla bərabər, dəyərlər və hüquqlar haqqında siyasi dialoqumuzu davam etdirmək istəyirik. Bu mövzular, həmçinin Almaniya tərəfindən fəal müşayiət olunan “Şərq tərəfdaşlığı” çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında assosiativ sazişə dair aparılan danışıqları əhatə edir.

Sizə uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram.

Sizin

Kristian Vulff
Almaniya Federativ Respublikasının Prezidenti 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi