logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Roma Papası XVI Benediktdən

Text size icon-size icon-size

26 may 2011, 19:05

Azərbaycan Respublikasının öz Milli bayramını qeyd etdiyi bir vaxtda respublikanıza və Azərbaycan xalqına bəslədiyim səmimi arzuları Zati-alinizə çatdırmaqdan çox məmnunam.

Tanrıdan ölkənizdə sülh və əmin-amanlıqla dolu gələcək təmin etmək məqsədilə səlahiyyət və səxavətlə ümumi maraq naminə fəaliyyət göstərən hər kəsin səylərinin dəyərləndirilməsini arzu edirəm.

Zati-alinizə, ölkənizin əhalisinə, siyasi rəhbərlərinə, eləcə də bütün vətəndaşlarına Uca Tanrının xeyir-duasını diləyirəm.

XVI Benedikt
Roma Papası 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi