logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Argentina Respublikasının Prezidenti Zati-aliləri xanım Kristina Fernandes de Kirşnerə

Text size icon-size icon-size

24 may 2011, 18:50

Hörmətli xanım Prezident,

Argentina Respublikasının milli bayramı – May inqilabının ildönümü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Argentina dövlətlərarası münasibətlərinin inkişafı dostluq və əməkdaşlıq əlaqələrimizin genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Argentina xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 9 may 2011-ci il

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi