logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub

Text size icon-size icon-size

18 yanvar 2017, 21:00

Prezident İlham Əliyevin Davosda Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə edildi. Ukrayna Prezidentinin Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi qeyd olundu.

Ölkələrimizin beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyi, daim bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulandı.

İnvestisiya, energetika, kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi