İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru ilə görüşüb
Text size
17 yanvar 2017, 12:10
Prezident İlham Əliyev Davosda “Suez Group” şirkətinin baş icraçı direktoru Jan Lui Şasod ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Fransa arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edildi. Fransa şirkətlərinin Azərbaycanda böyük layihələr həyata keçirdiyi, “Suez Group” şirkətinin də bu layihələrdə yaxından iştirak etdiyi və bir çox layihələrin uğurla icra olunduğu vurğulandı.
Söhbət zamanı “Suez Group” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.