İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
Text size
17 yanvar 2017, 10:30
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.
Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə sərmayə cəlb olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi. “Procter and Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri olduğu vurğulandı və bu şirkətin ölkəmizlə əməkdaşlığın genişləndirilməsi baxımından bir sıra layihələrinin nəzərdə tutulduğu qeyd edildi.