Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20 may 2011, 19:10
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2010-cu il noyabrın 10-da Bakı şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 27 dekabr tarixli 1261 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq haqqında Saziş”in icrasını və ikitərəfli əlaqələrin genişləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Əli Abbasov -Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Komissiyanın üzvləri:
Xələf Xələfov -Azərbaycan Respublikası xarici işlər
nazirinin müavini
Niyazi Səfərov -Azərbaycan Respublikası iqtisadi inkişaf
nazirinin müavini
Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və
turizm nazirinin müavini
Elmar Qasımov -Azərbaycan Respublikası təhsil nazirinin
müavini
İsmayıl İsmayılov -Azərbaycan Respublikası gənclər və idman
nazirinin müavini
Səfər Mehdiyev -Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi sədrinin birinci müavini
Vadim Xubanov -Azərbaycan Respublikası Mərkəzi Bankı
sədrinin müavini
Akif Əlizadə -Azərbaycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti
Elman Araslı -Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi barədə İraq Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 may 2011-ci il.