logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Türkiyə Respublikasının Prezidenti Abdullah Güldən

Text size icon-size icon-size

19 may 2011, 17:00

Əziz qardaşım, hörmətli Prezident İlham Əliyev,

2011-ci il mayın 14-də Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” mahnı müsabiqəsində dost və qardaş Azərbaycanın birinci olmasından böyük sevinc hissi duyduq. Azərbaycanın bu uğuru Türk xalqını da həddən ziyadə məmnun etmişdir.

Zati-aliləri, Sizin şəxsinizdə Azərbaycanı bu qələbə münasibətilə ürəkdən təbrik edirəm.

Bu münasibətlə Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və rifah arzulayıram.

Abdullah Gül
Türkiyə Respublikasının Prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi