Tacəddin Əyyubov və başqalarından, Mingəçevir, Azərbaycan
27 dekabr 2016, 15:35
Hörmətli cənab Prezident.
Biz Sizin aztəminatlı ailələrə göstərdiyiniz diqqətinizi daim hiss edirik. Sizin tapşırığınız əsasında elektrik enerjisi və təbii qazın güzəştli limitinin artırılması barədə Tarif Şurasının qəbul etdiyi qərar bizi sevindirdi. Biz bunu vaxtında atılmış və insanların mənafeyinə hesablanan addım hesab edirik.
Cənab Prezident, ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş qərarlarınızı hər zaman dəstəkləyir, Sizə sonsuz minnətdarlığımızı bildirir, işlərinizdə uğurlar diləyirik.
Hörmətlə,
Əyyubov Tacəddin İbrahim oğlu
Əliyev Nazim Şura oğlu
Abışova Afət Abbas qızı
Allahverdiyeva Çinarə Qurban qızı və başqaları.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.