İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul etmişdir
Text size
19 may 2011, 16:20
Prezident İlham Əliyev BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşi qəbul etmişdir.
BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri digər ölkələrə nümunə kimi qiymətləndirdi.
Görüşdə Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əməkdaşlığın yüksək səviyyədə olduğu vurğulandı və bu əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.