Avstraliya Nümayəndələr Palatasının sabiq üzvü Lyuk Simpkinsdən
Text size
25 dekabr 2016, 16:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Mənə 2015-ci ildə Avstraliyanın parlament nümayəndə heyətinə Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri kimi başçılıq edərkən qəbulunuzda olmaq şərəfi nəsib olub. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı və təbriklərimi çatdıraraq, 2017-ci ilin və növbəti illərin Sizin və xalqınız üçün uğurlu olmasını arzulayıram.
Ən xoş diləklərlə,
Lyuk Simpkins
Avstraliya Nümayəndələr Palatasının sabiq üzvü