İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul etmişdir
Text size
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
18 may 2011, 16:00
Prezident İlham Əliyev Avstriyanın OMV şirkəti idarə heyətinin sədri Gerhard Roissi qəbul etmişdir.
OMV şirkəti idarə heyətinin sədri Gerhard Roiss Avstriya Prezidenti Haynts Fişerin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə neft və qazın hasilatı, nəqli, Avropada marketinqi və satışı sahəsində mümkün əməkdaşlıq, “Nabukko” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlət başçısı Avstriya Prezidenti Haynts Fişerin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avstriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.