Fazil Həsənovdan, Marneuli, Gürcüstan
17 may 2011, 16:10
Möhtərəm Prezident!
İstər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə Sizin yürütdüyünüz uğurlu siyasət nəticəsində dünya ölkələri arasında Azərbaycanımızın nüfuzunun artması bizi çox sevindirir.
Bu günlərdə Nigar Camalın və Eldar Qasımovun 56-cı “Eurovision-2011” mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbəsi Sizin mədəniyyətə göstərdiyiniz xüsusi qayğının bariz nümunəsidir. Bu nüfuzlu beynəlxalq müsabiqənin gələn il Bakıda keçirilməsi isə Avropanın nəbzinin Azərbaycanla vurmasına və təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan gələcək qələbələrimizə bir işarədir.
Hörmətli İlham Heydər oğlu!
Sizi bu münasibətlə ürəkdən təbrik edir, can sağlığı və xalqımızın gələcəyi naminə xidmətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Fazil Həsənov
Azərbaycan Mədəniyyət Mərkəzinin İdarə heyətinin sədri
Gürcüstan Respublikası, Marneuli şəhəri.