Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Text size


01 dekabr 2016, 18:18
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Cəbrayılov Murad Vahab oğlu
Hacıyev Qabil Hacı oğlu
Hüseynov Rafail Cəfər oğlu
Qalayev Novruz Zahir oğlu
Qocayev Elbrus Sultan oğlu
Mirzəyev Yaqub Məhəmmədiyə oğlu.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 dekabr 2016-cı il .