Səyyad Yusiflidən, Zaqatala, Azərbaycan
Text size


26 noyabr 2016, 15:30
Hörmətli cənab Prezident!
Sizin tapşırığınızla keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın iştirakçısı oldum. Tətil zamanı respublikamızın cənub bölgəsində - Lənkəran, Astara və Masallı rayonlarında olduq. Xəritə üzərində qiyabi gördüyümüz yerləri əyani tanımaq imkan əldə etdik. Rayonlarımızın tarixi abidələri, sürətli iqtisadi inkişaf ilə yerindəcə tanış olduq.
Çox hörmətli Prezident, bizə bu şəraiti yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı, sonsuz təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Yusifli Səyyad, XI sinif şagirdi.
Azərbaycan Respublikası, Zaqatala rayonu.