Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Zati-aliləri cənab Raul Kastro Rusa
Text size
26 noyabr 2016, 13:20
Hörmətli cənab Sədr,
Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının keçmiş Sədri, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, qardaşınız Fidel Kastro Rusun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Kuba xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 26 noyabr 2016-cı il.