Hindistan Respublikasının Prezidenti Zati-aliləri cənab Pranab Mukherciyə
Text size
21 noyabr 2016, 16:50
Hörmətli cənab Prezident,
Uttar-Pradeş ştatında sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 noyabr 2016-cı il.