logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Norveçin Kralı Əlahəzrət V Haralda

Text size icon-size icon-size

16 may 2011, 18:00

Əlahəzrət,

Ölkənizin milli bayramı – Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Norveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Norveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 may 2011-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi