İlham Əliyev Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul etmişdir
Text size
16 may 2011, 19:02
Prezident İlham Əliyev Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaşvililini qəbul etmişdir.
Görüşdə ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən regional inkişaf və infrastruktur sahəsində uğurlu əməkdaşlığından məmnunluq ifadə olundu. Azərbaycan ilə Gürcüstan arasında həyata keçirilən müxtəlif layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı fikir mübadiləsi aparıldı.