logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Livan Respublikasının Prezidenti Zati-aliləri cənab Mişel Auna

Text size icon-size icon-size

11 noyabr 2016, 18:00

Hörmətli cənab Prezident,

Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 noyabr 2016-cı il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi