İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının açılışında iştirak etmişdir
Text size
10 iyun 2010, 15:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olmuşdur. Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət başçısı əvvəlcə binanın ətrafında yaradılan şəraitlə tanış olmuşdur.
Sonra Prezident İlham Əliyev binada yaradılmış şəraiti nəzərdən keçirmişdir.
Dövlət başçısına binada aparılmış yenidənqurma işləri barədə ətraflı məlumat verilmişdir.
Prezident İlham Əliyev Naxçıvan, Qusar və Gəncə ilə birbaşa videoəlaqə zamanı nazirliyin binasının açılışı münasibətilə təbriklərini çatdırmışdır.
Videoəlaqəyə qoşulanlar dövlət başçısına diqqət və qayğıya görə təşəkkür etmişlər.