Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevadan
19 oktyabr 2016, 17:25
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Sizi Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edirəm.
Türk xalqlarının tarixinə qızıl hərflərlə həkk olunmuş bu əlamətdar gündə Sizin rəhbərliyiniz və uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın hərtərəfli inkişafının və beynəlxalq aləmdə nüfuzunun şahidi olmaq sevindirici haldır. Odur ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının böyük siyasi xadimi və müdrik şəxsiyyəti ulu öndər Heydər Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bizə şərəf hissi yaşadır və həmişə yaşadacaqdır.
Əbədiyaşar müstəqilliyimizin bərpasının 25-ci ili münasibətilə Sizi bir daha təbrik edirəm.
Dərin hörmət və ehtiramla,
Günay Əfəndiyeva
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti