İran İslam Respublikasının Prezidenti Həsən Ruhanidən
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
19 oktyabr 2016, 16:45
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə İran İslam Respublikası dövləti və xalqı adından Zati-alinizi və eləcə də bütün Azərbaycan Respublikası xalqını ürəkdən təbrik edirəm.
Ötən illər ərzində Azərbaycan Respublikasının müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində nəzərəçarpacaq dərəcədə inkişaf etməsindən çox-çox şad olduğumu bildirirəm. Tam əminəm ki, iki ölkə rəhbərlərinin siyasi iradəsindən qaynaqlanan dost və qardaş ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da hər iki ölkənin mənafeyi naminə gündən-günə inkişaf edəcəkdir.
Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikası xalqına isə sülh, firavanlıq və əmin-amanlıq arzulayıram.
Hörmətlə,
Həsən Ruhani
İran İslam Respublikasının Prezidenti