Kamran Heydərovdan, Sumqayıt, Azərbaycan
Text size
18 oktyabr 2016, 13:15
Hörmətli cənab Prezident,
Sizin Sumqayıta göstərdiyiniz diqqət və qayğı sayəsində şəhərimizdə aparılan yenidənqurma və abadlıq işlərinə görə Sizə minnətdarıq.
Sumqayıt gündən-günə abadlaşır, yeni parklar, iqtisadi zonalar yaradılır və şəhərimizin infrastrukturunda nəzərəçarpacaq dəyişikliklər var. Dənizkənarı bulvar kompleksinin yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi isə bizim üçün əsl bayrama çevrildi.
Möhtərəm prezident, bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Heydərov Kamran Fikrət oğlu.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.