Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddan
Text size
17 oktyabr 2016, 14:55
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və tərəqqi arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla,
Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi,
Baş nazirin müavini, daxili işlər naziri