logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub

Text size icon-size icon-size

09 oktyabr 2016, 22:35

İstanbulda Prezident İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etdilər.

Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Sonra dövlət başçıları birgə şam etdilər.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi