Yuğ teatrının kollektivindən, Bakı, Azərbaycan
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
09 may 2011, 17:30
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyini altında Azərbaycan Respublikasında mədəniyyətə və incəsənətə göstərilən xüsusi qayğı və dəstək Azərbaycanın teatr, kino, musiqi, xalq yaradıcılığı və digər sahələrində öz nəticələrini verərək gələcək nəsillər üçün təkrarlanmaz və dəyərli bir irs yaradır. Xüsusilə Sizin Azərbaycan mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinizi və incəsənət işçilərinə göstərdiyiniz diqqəti alqışlayırıq. Sizin 2011-ci il 3 may tarixli Sərəncamınıza əsasən mədəniyyət xadimlərinə, o cümlədən Azərbaycan Dövlət Yuğ Teatrının işçilərinə fəxri adların verilməsi və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd və mükafatlarının ayrılmasına görə kollektivimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Yuğ teatrının kollektivi.
Azərbaycan Respublikası, Bakı şəhəri